05 oktyabr 2017 22:04
475

SOCAR avqustda 626 min ton neft hasil edib

Cari ilin avqust ayında SOCAR üzrə xam neft hasilatı 626,6 min ton olub. Avqustda Azərbaycanda isə ümumilikdə 3 milyon 101,7 min ton neft hasil edilib.

Bu barədə AZƏRTAC-a SOCAR-dan məlumat verilib. Cari ilin ilk səkkiz ayında SOCAR üzrə xam neft hasilatı təxminən 4 milyon 963,6 min ton, Azərbaycanda isə ümumilikdə 25 milyon 601,2 min ton təşkil edib.