Çinin “AmphibianArc” memarlıq bürosu Sıçuan əyalətində inşa ediləcək unikal ticarət mərkəzinin layihəsini təqdim edib.
AZƏRTAC infuture.ru saytına istinadla bildirir ki, böyük akvarium formasında olan mərkəzin ümumi sahəsi 350 min kvadratmetr təşkil edir. Binada hər bir şey bütün canlılara həyat verən su mövzusuna həsr olunub.
Onun ərazisində mağaza, kafe, restoran və barlar, həmçinin uşaqların əylənməsi üçün meydançalar var.
Binanın interyeri nəhəng LED ekran və akvariumla bəzədilib.