11 dekabr 2024 12:39
171

Azərbaycan bu il xalis maliyyə aktivlərini 1,3 milyard dollardan çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xalis maliyyə aktivləri 1 milyard 390,9 milyon ABŞ dolları artıb.

"İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə xalis maliyyə aktivlərində 345,1 milyon ABŞ dolları azalma olub.

9 aylıq artım xaricə yönəldilmiş birbaşa investisiyaların 584 milyon ABŞ dolları artması (illik müqayisədə 3 dəfə az), portfel investisiyalarının 724,5 milyon ABŞ dolları artması (9,6 dəfə çox), digər investisiyaların isə 82,4 milyon ABŞ dolları artması (1 il bundan əvvəl azalma olub) hesabına baş tutub.