11 dekabr 2024 15:43
184

Ukrayna nümayəndə heyəti Almaniyada səfərdədir

Ukraynanın Baş naziri Denis Şmıxal bildirib ki, dekabrın 11-də hökumət nümayəndə heyəti müdafiə, enerji sektoru, Ukraynanın bərpası və alman biznes nümayəndələri ilə əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Almaniyaya gedib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə o, Telegram kanalında məlumat verib.

"Bu gün biz Berlində hökumət komandası ilə işləyirik"- deyə, o qeyd edib.

Onların Almaniyanın Federal Kansleri Olaf Şolts və vitse-kansler Robert Habeklə görüşlərinin planlaşdırıldığı qeyd edilir.

Bundan əlavə, nümayəndə heyəti Berlində Ukrayna-Almaniya biznes forumunda iştirak edəcək.