05 oktyabr 2017 19:56
662

“Azəriqaz”: 307 çoxmərtəbəli binaya təbii qaz verilib

Bu il 307 çoxmərtəbəli binaya təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, birlik çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, bu ilin yanvar-sentyabr ayları ərzində birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılmış və müvafiq sənədləri təqdim etmiş 307 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə, 13 min 249 mənzili əhatə edir.

Ümumiyyətlə, “Azəriqaz” qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə qazla təmin olunmasında hər zaman maraqlıdır.