13 dekabr 2024 11:55
168

Paytaxtda ticarət dövriyyəsinin həcmi artıb

Cari ilin yanvar-oktyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,4 faiz artaraq 28 milyard 242,5 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən "İki sahil"ə bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 16 milyard 008,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,7 faiz artaraq 12 milyard 233,7 milyon manata bərabər olub.

İstehlak məhsullarının 36,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə 49,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,8 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.