13 dekabr 2024 14:17
198

Rusiya-Qazaxıstan sərhədində 500-ə yaxın yük maşını gözləyir

Güclü qar fırtınası və buzlanma səbəbindən Rusiya və Qazaxıstan sərhədində yerləşən "Sırım" avtomobil buraxılış məntəqəsində 500-ə yaxın yük maşını yığılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə RT məlumat yayıb.

“Yığım dekabrın 12-dən etibarən hava şəraitinin pisləşməsi ilə əlaqədar yaranıb... Qərbi Qazaxıstan vilayəti və Samara vilayətində güclü qar, qar fırtınası, buz müşahidə olunur” - deyə, Telegram kanalında bildirilir.

Yük maşınları hələ ki, marşrut üzrə hərəkət edə bilmir və hava şəraitinin yaxşılaşmasını gözləyirlər. Rusiyada federal magistrallarda nəqliyyatın hərəkəti dekabrın 13-ü saat 22:00-dək məhdudlaşdırılıb.