Dünyanın ən bahalı şəffaf brilyantı - İlkin qiymət 30 milyon dollardır
Tanınmış “Christie's” auksionu dünyanın ən bahalı və ağır şəffaf briliantını nümayişə çıxarıb. ATV.az-ın məlumatına görə, çəkisi 163 karat olan və “4 fevral” adı verilən Anqola briliantının ilkin qiyməti 30 milyon dollardır.
404 karat ağırlığında olan almazı cilalamaq üçün 10 zərgərin əmək sərf etdiyi bildirilir.
Bununla belə, mütəxəssislər hesab edir ki, qiymətli daş hələ də ideal formaya gətirilməyib. Təbiətdə çox nadir hallarda rast gəlinən briliantın Cenevrədə satışa çıxarılacaq.