04 oktyabr 2017 21:02
406

İŞİD-in neft gəlirləri son 2 ildə 90 faiz azalıb

İŞİD terror qruplaşmasının neft gəlirləri son 2 ildə 90 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, son bir neçə ayda Suriyadakı terrorla mübarizə əməliyyatları nəticəsində böyük zərbə alan İŞİD-in neft gəlirləri də azalıb. 2015-2017-ci illəri əhatə edən dövrdə İŞİD-in neft satışından əldə etdiyi gəlirlər 90 azalıb. 2015-ci ildən ötən dövrdə İŞİD-in neft satışından əldə etdiyi gəlirlər 50 milyon dollardan hazırda 4 milyon dollara düşüb. İŞİD nefti Suriya bazarında satır və ya digər ölkələrə ixrac edir.