Bərdə rayonunun ən böyük yaşayış məntəqələrindən biri olan Lənbəran kəndində qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir. Tezliklə bu yaşayış məntəqəsinin əhalisi də təbii qazdan istifadə edə biləcək.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, indiyədək Bərdə şəhəri və rayonun 109 kəndindən 105-i təbii qazla təmin olunub. 2017-ci ilin ötən dövründə 170 kilometrdən artıq müxtəlif diametrli qaz xətləri çəkilərək, daha üç kənd qazlaşdırılıb və 1090 abonentə təbii qaz verilib.
Bərdədə infrastrukturun və kommunal xidmətlərin inkişaf etdirilməsi, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.