04 oktyabr 2017 16:30
523

Ölkədə benzin ehtiyatları artıb

Ötən hesabat həftəsində ABŞ-da benzin ehtiyatları artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Amerika Neft İnstitutu (API) tərəfindən açıqlanan məlumatda deyilir.

Bildirilir ki, keçən həftə ABŞ-da xam neft ehtiyatları 2,08 milyon barrel, benzin ehtiyatları isə 4,91 milyon barrel artıb.

Əgər benzin ehtiyatlarına dair rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlərlə eyni olarsa bu, yanvardan indiyədək ehtiyatların maksimum səviyyədə artdığı deməkdir.