Çərşənbə günü dərc edilən yeni araşdırma Ayın əvvəllər düşünüldüyündən 80-180 milyon il daha yaşlı olduğunu göstərir.
“Nature” jurnalında dərc edilən araşdırmada Ayın səthindən götürülən qaya nümunələrinə yanlış yaş verildiyi bildirilir.
ABŞ, Fransa və Almaniyadan olan üç tədqiqatçı iddia edir ki, 4,35 milyard il əvvəl Ay yüksək elliptik orbitlə Yerə yaxın hərəkət edirdi.
Onlar deyirlər ki, bu müddət ərzində Yerin güclü cazibə qüvvəsi ayı sürətlə qızdıraraq, onun içindən səthinə böyük miqdarda maqma buraxmasına səbəb olub.
Tədqiqatçıların fikrincə, Ayın səthindən alınan qaya nümunələrinin əksəriyyəti ayın faktiki əmələ gəlməsini deyil, bu maqmanın soyumasını əks etdirir.
Bunun əvəzinə onlar izah edirlər ki, təxminən 4,5 milyard il əvvəl Yer əmələ gəldikdən qısa müddət sonra Theia adlı Mars böyüklüyündə bir göy cismi ilə toqquşub.
Zərbə iki cismin qabığından və mantiyasından kosmosa böyük miqdarda parlayan süxurları göndərib, bəzi qalıqlar isə Ayı əmələ gətirib.
Apollonun erkən Ay missiyalarında kosmonavtların Yerə gətirdiyi qaya nümunələri və bir sıra pilotsuz missiyalar Ayın səthinin 4,35 milyard il əvvəl soyuduğunu və bunun yaşı olaraq qəbul edildiyini göstərdi.
Lakin tədqiqatçılar Ay qayasında sirkon adlı mineraldan daha qədim olan kristallar da tapıblar ki, bu da Ayın ehtimal edilən yaşı ilə bağlı şübhələri artırır.
Fransis Nimmo, Torsten Klein və Alessandro Morbidelli araşdırmalarında Ayın yaşının 4,43 ilə 4,53 milyard il arasında olduğunu irəli sürdülər.
Onlar qeyd edirlər ki, bu izahat Günəş sistemində planetlərin əmələ gəlməsinin dinamik modellərinə daha uyğun gəlir.
Nubar Süleymanova, “İki sahil”