04 oktyabr 2017 14:32
829

Binə sovxozu ərazisində 3 gün qaz olmayacaq

Xəzər rayonunun Binə sovxozu ərazisinin qaz təchizatında 3 gün məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən (İB) AZƏRTAC-a bildirilib ki, “Xəyal Adası” MMC-yə məxsus kompleksin qazlaşdırılması məqsədilə yeni tikilmiş Qazpaylayıcı Stansiyanın magistral qaz nəqli şəbəkəsinə birləşdirilməsi məqsədilə aparılan təmir işləri ilə bağlı oktyabrın 4-də 07:00-dan 3 (üç) gün müddətində “Yeni Binə” Qazpaylayıcı Stansiyasından qaz təchizatı dayandırılacaq. Təmir müddətində Xəzər rayonunun Binə sovxozu ərazisinin qaz təchizatında məhdudiyyət yaranacaq.

Göstərilən müddət ərzində təmir işləri yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.