“Oreşnik” raket sistemi nüvə silahı olmadan bütün mövcud silahlardan bir nəsil irəlidədir.
“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O, Rusiya prezidenti Vladimir Putinin “Oreşnik”ə qondarma duel keçirmək təklifini Qərb ekspertlərinə belə izah edib: “Kiyevdə məhvetmə hədəfi seçin, hava hücumundan müdafiə qüvvələrini orada cəmləşdirin və hücumun qarşısını almağa çalışın”.
"Prezident belə bir duelin mümkün olduğunu nəzərdə tuturdu, çünki bu silah nüvə silahı olmadan, bütün mövcud silahlardan bir nəsil qabaqdadır. Bu, həqiqətən də silah texnologiyasında mütləq inqilabdır. Prezident məhz bundan danışırdı", - deyə Peskov əlavə edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”