04 oktyabr 2017 00:07
511

Liviyadakı ən böyük neft yatağından hasilat bərpa edilib

Liviyadakı ən böyük neft yatağından hasilata yenidən başlanılıb.

AZƏRTAC xəbər verir ki, təhlükəsizliyi təmin edən silahlı qrup tərəfindən fəaliyyəti dayandırılan Liviyanın cənubundakı “Şerare” neft yatağından hasilat bərpa edilib.

Qeyd edək ki, paytaxt Tripolinin 800 kilometr cənubunda yerləşən “Şerare” yatağından gündəlik neft hasilatının həcmi təxminən 340 min barreldir. İki ildir ki bağlı olan “Şerare” yatağı sonuncu dəfə ötən ilin dekabr ayında yenidən işə salınmışdı.