2017-ci ilin sentyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9979 metr qazma işi həyata keçirilmişdir.
Bu sahədə görülmüş işlərin 9042 metri istismara, 937 metri isə kəşfiyyata aid olmuşdur. Ümumiyyətlə, 2017-ci ilin yanvar-sentyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 103625 metr qazma işi görülmüşdür ki, bunun da 96250 metri istismara, 7375 metri isə kəşfiyyata aid olmuşdur.
2017-ci ilin sentyabr ayında qazmadan alınmış 4, il ərzində isə 56 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilmişdir.