Saatlı rayonunun Kamallı kəndində ümumi sahəsi 143 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.