26 dekabr 2024 11:27
104

Səfir: Qazaxıstan və Azərbaycan yalnız sözdə deyil, əməldə də müttəfiqdirlər

Qazaxıstan və Azərbaycan yalnız sözdə deyil, əməldə də müttəfiqdirlər, bu da nikbinlik və gələcəyə inam bəxş edir.

“İki sahil” xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.

Onun sözlərinə görə, dost dar gündə tanınar, buna görə də Qazaxıstan və Azərbaycan həm sevinci, həm də kədəri birlikdə bölüşür:

"Prezidentlər Kasım-Jomart Tokayevin və İlham Əliyevin tapşırığına əsasən, hər iki ölkənin aidiyyəti qurumları avia qəzasının səbəblərinin araşdırılması və ilkin yardımın göstərilməsi üçün birgə lazımi tədbirlər görür".

Səfir bildirib ki, qardaş ölkələr yüksək həmrəylik və qarşılıqlı yardım nümunəsi nümayiş etdirirlər:

"Dövlət strukturları prosesləri təmkinlə koordinasiya edir, xilasedicilər, tibb və nəqliyyat işçiləri operativ şəkildə öz işlərini görüblər, Qazaxıstan vətəndaşları hadisəyə biganə qalmayaraq qan veriblər və Azərbaycanın Aktauda və Astanada yerləşən xarici nümayəndəliklərinin qarşısında gül dəstələri qoyublar".