26 dekabr 2024 12:35
103

Bayden Ukraynanın enerji obyektlərinə endirilən zərbədən hiddətlənib

ABŞ prezidenti Co Bayden Rusiya hərbçilərinin Ukraynanın kritik enerji infrastrukturuna endirdiyi kütləvi zərbəni pisləyib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, o, Rusiya ordusunun uzaqmənzilli dəqiqlikli silahlar və pilotsuz təyyarələrdən istifadə edərək hücumunu "qeyri-adi" adlandırıb.

“Bu hədsiz hücumun məqsədi Ukrayna xalqını qışda istilik və elektrik enerjisindən məhrum etmək və enerji sisteminin təhlükəsizliyini təhlükəyə atmaq idi”- deyə, Bayden bildirib.