26 dekabr 2024 12:44
103

Rusiya FHN-ə məxsus “İl-76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) “İl-76” xüsusi təyinatlı təyyarəsi “Azərbaycan Hava Yolları”nın Aktauda qəzaya uğramasında sağ qalan rusiyalıları müalicə almaq üçün Moskvaya çatdırıb.

“İki sahil” bu barədə TASS-a istinadla xəbər verir.

Təyyarə Jukovski hava limanında eniş edib.

Xüsusi reysi qarşılamaq üçün onlarla təcili yardım maşını gəlib. Təcili tibbi yardım maşınları, reanimasiya maşınları və yol polisi maşınları zərərçəkənləri çatdırmaq üçün hava limanının ərazisinə gəlib.