26 dekabr 2024 13:43
94

Aktau sakinləri təyyarə qəzasında xəsarət alanlar üçün yenidən qan verməyə gəliblər

Qazaxıstanın Aktau şəhərinin sakinləri AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alanlar üçün qan vermək məqsədilə xəstəxanalarda yenidən növbəyə dayanıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

"Aktauda səhər saat 8-dir. Qazaxıstanlılar təyyarə qəzasında xəsarət alanlar üçün qan vermək məqsədilə yenidən növbəyə düzülüblər", - məlumatda bildirilir.