Milad günü Mozambikin paytaxtı Maputoda ciddi rejimli həbsxanadan ən azı 6000 məhbus qaçıb.
“İki sahil” xəbər verir ki, hadisə seçkinin nəticələri ilə bağlı etirazların gücləndiyi bir vaxta təsadüf edib.
Mozambik Polisinin Baş Komandanı Bernardino Rafael qaçış zamanı 33 məhbusun öldüyünü, 15-nin yaralandığını açıqlayıb.
Oktyabrın 9-da keçirilən seçkilərdə hakim Frelimo partiyasının qələbəsini konstitusiya şurası təsdiqlədikdən sonra bütün ölkədə polis maşınlarını, polis məntəqələrini və ictimai infrastrukturu hədəf alan etirazlar başlayıb.
Bu dövrdə Maputo Mərkəzi Həbsxanasında bir qrup məhbus vəzifədə olan mühafizəçilərin silahlarını ələ keçirərək üsyana cəhd edərək digər məhbusları azad ediblər.
Hadisə ilə bağlı açıqlama verən Rafael həbsxanada 29 terrorçu məhbusunun olduğunu və qaçanlar arasında onların da olduğunu bildirib: “Bu vəziyyət həm müdafiə, həm təhlükəsizlik qüvvələri, həm də Mozambik xalqı olaraq bizi narahat edir. Nümayişçilər məhbusların azadlığa buraxılmasını tələb edərək həbsxananın divarlarını uçurdular”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”