27 dekabr 2024 11:55
114

Nüvə silahının Rusiyanın təhlükəsizlik siyasətindəki rolu...

Nüvə silahının Rusiyanın təhlükəsizlik siyasətindəki rolu Rusiyanın əsas maraqlarına qəsd etmək qərarına gələnləri ayıltmaqdır.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov “Kommersant”a verdiyi qısa müsahibədə deyib.

Onun sözlərinə görə, nüvədən çəkindirmə siyasətində yeni yanaşmalar tələb olunursa, daha çox tətbiqi mənada - “doktrinal təlimatların” uyğunlaşdırılması nöqteyi-nəzərindən. Nümunə kimi o, noyabrın 19-da təsdiq edilmiş Rusiya nüvə doktrinasının yenilənmiş variantını göstərib.