Çin Tayvana silah satışı və hərbi yardıma görə Amerikanın yeddi hərbi-sənaye müəssisəsinə sanksiya tətbiq edib.
“İki sahil” "Kommersant"a istinadla xəbər veri ki, Çin Xarici İşlər Nazirliyinin saytında Tayvana silah satışının “bir Çin” prinsipini pozduğu bildirilir.
Məhdudiyyətlər siyahısına Aerkomm, Insitu, Hudson Technologies, Raytheon Australia, Oceaneering International, Saronic Technologies və Raytheon Canada şirkərləri daxildir.
Sanksiyalar bu şirkətlərin rəhbərlərinə də təsir edir. Çindəki şirkətlərin bütün aktivləri dondurulacaq, Çin təşkilatları və fiziki şəxslərin onlarla iş aparması qadağan ediləcək. Tədbirlər dekabrın 27-dən qüvvəyə minir.