27 dekabr 2024 13:50
93

89 808 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunub

2024-cü ilin yanvar-noyabr ayları ərzində 89 808 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.

Bu barədə "İki sahil"ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, müavinət ödənişləri 42 111 nəfər qız, 47 697 nəfər oğlan uşağına görə aparılıb.