27 dekabr 2024 14:02
206

Aktau yaxınlığındakı təyyarə qəzasında yaralananlardan dördü reanimasiyadadır

Manqıstau vilayətinin çoxprofilli xəstəxanası Aktau yaxınlığında baş verən təyyarə qəzasında xəsarət alanların hazırkı vəziyyəti barədə məlumat verib.

“İki sahil” Qazaxıstan mediasına istinadla xəbər verir ki, hazırda təyyarə qəzasında xəsarət almış 6 nəfər xəstəxanada müalicə alır. “Onlardan dördü reanimasiyadadır. Birinin vəziyyəti son dərəcə ağır, üçünün vəziyyəti isə stabil ağırdır. İki xəstə travmatologiya şöbəsində müalicəsini davam etdirir", - deyə tibb müəssisəsindən bildirilib.

Qeyd edilib ki, altı xəstədən üçü Azərbaycan, üçü isə Qırğızıstan vətəndaşıdır.