28 dekabr 2024 16:03
96

Kürdəmirdə erkən nikahın qarşısı alınıb

Kürdəmir rayonunun Sığırlı kəndində erkən nikahın qarşısı alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, hadisə ilə bağlı müvafiq araşdırma aparılır.

Komitə rəsmisinin sözlərinə görə, hadisəni işıqlandırmaq üçün kəndə yollanan media nümayəndəsinin çəkiliş qrupuna qarşı zor tətbiq edən, eləcə də televiziyaya məxsus avadanlığı yararsız vəziyyətə salan kənd sakini müəyyən edilərək saxlanılıb:

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.