“Qazprom” “Moldovaqaz”ın borcu səbəbindən yanvarın 1-də Moskva vaxtı ilə saat 8:00-dan etibarən Moldovaya qaz nəqlini dayandıracaq.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, Moldova hakimiyyəti Rusiya şirkətinə olan 709 milyon dollar borcunu mövcud olmadığını iddia edib.
“Moldovaqaz" cari müqavilə üzrə ödəniş öhdəliklərini mütəmadi olaraq yerinə yetirmir. Bununla əlaqədar olaraq, “Qazprom” 1 yanvar 2025-ci il tarixdən, Moskva vaxtı ilə saat 8:00-dan Moldova Respublikasına təbii qazın tədarükünü dayandıracaq"-deyə məlumatda qeyd edilir.