Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, dövlət başçıları "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı başsağlığı veriblər.
Söhbət zamanı prezidentlər belə qənaətə gəliblər ki, baş verənlərin bütün təfərrüatlarını araşdıran Qazaxıstan hökumət komissiyası “qara qutu”ların oxunmasına Rusiya, Azərbaycan və Braziliyadan olan ekspertləri cəlb edəcək.