29 dekabr 2024 11:21
133

Spiker: “Konstitusiya və Suverenlik ili”nin elan edilməsi Prezidentin konstitusiya dəyərlərinə sadiqliyini sübut edir

Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik ili” elan etməsi onun konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə sadiqliyini sübut edir.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

“İnamla söyləmək olar ki, “Konstitusiya və Suverenlik ili” milli dövlətçilik şüurunun daha da möhkəmlənməsinə, azərbaycanlıların daha sıx birləşməsinə şərait yaradacaq”, - deyə sədr əlavə edib.