30 sentyabr 2017 19:47
692

ABŞ-da neft quyularının sayı artıb

ABŞ-da aktiv neft quyularının sayı artıb.

AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-da aktiv neft quyularının sayı 6 ədəd artaraq 750, qaz quyularının sayı 1 ədəd azalaraq 189, qarışıq fəaliyyət göstərən quyular isə 1 ədəd olub. Bu da o deməkdir ki, ABŞ-dakı aktiv neft-qaz quyularının sayı ötən həftə 5 ədəd artaraq ümumilikdə 940 olub. Beləliklə ABŞ-da aktiv neft quyularının sayı son 6 həftənin ikisində artıb.

Bir il əvvəl isə ölkədə yalnız 489 qurğu aktiv idi.

Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı ötən ilin may ayında isə minimuma – 404-ə geriləmişdi.