30 dekabr 2024 17:03
143

Polşa 2024-cü ildə yeni silahların alınmasına 40 milyard dollar xərcləyib

Cari ildə Polşanın yeni silahların alınması üzrə müqavilələrinin ümumi məbləği təxminən 40 milyard dollar təşkil edib. Bu məbləğin əhəmiyyətli hissəsi ABŞ hərbi sənayesi ilə bağlanmış müqavilələrin payına düşüb.

“İki sahil” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Rzeczpospolita” nəşri məlumat yayıb.

"Bu il ordu üçün yeni texnika üzrə müqavilələrin dəyəri 162 milyard zlotadan çox (39,5 milyard dollar ekvivalenti) olub. Bunun da təxminən 110 milyard zlotası xarici sənayeyə yönəldilib", - nəşr qeyd edib

Məlumata görə, bu məbləğ Polşa tarixində rekord göstəricidir.

Bildirilib ki, 2024-cü ildə dəyərinə görə ən böyük müqavilə təxminən 10 milyard dollara 96 ədəd “AH-64E Apache” helikopterinin alınmasıdır.

"Helikopterlərin bu qədər çox olması bizi ABŞ-dən sonra ikinci ən böyük istifadəçiyə çevirəcək. Lakin bu, o deməkdir ki, Polşa Ordusunun digər istiqamətləri kifayət qədər maliyyələşdirilməyəcək", - nəşr vurğulayıb.