30 dekabr 2024 19:23
152

Almaniya hökuməti Elon Maskı seçkilərə təsir göstərməkdə ittiham edib

"Elon Maskın bəyanatı ilə Bundestaq seçkilərinə təsir göstərməyə çalışdığı bir faktdır".

“İki sahil” xəbər verir ki, bunu Berlində keçirilən mətbuat konfransında hökumət sözçüsü Kristian Hoffmann deyib.

Prinsip etibarilə düşüncə azadlığının sosial media platforması “X” üçün də keçərli olduğunu qeyd edən Hoffmann, "Nəhayət, Almaniyada seçkilərə seçicilər qərar verir və seçkilər Almaniyanın daxili məsələsidir", - deyə əlavə edib.

Xatırladaq ki, amerikalı iş adamı Elon Musk daha əvvəl “X” platformasında ifrat sağçı AfD partiyasını tərifləyərək “Yalnız AfD Almaniyanı xilas edə bilər”, ifadəsini işlədib.

O, bu fikrini daha sonra genişləndirərək “Axel Springer” media qrupuna məxsus “Welt am Sonntag” qəzetinə qonaq köşə yazarı kimi qələmə aldığı məqalədə AfD-ni Almaniya üçün son ümid qığılcımı" adlandırıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”