Gürcüstanın daxili işlər naziri, Baş nazirin müavini Vaxtanq Gomelaurinin müavini Şalva Tadumadze təyin edilib.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Şalva Tadumadze 2019-cu ildən bu günə qədər Gürcüstan Ali Məhkəməsinin sədr müavini vəzifəsini icra edib, eyni zamanda Ali Məhkəmənin müddətsiz təyin edilmiş hakimi olub.
"2018-2019-cu illərdə o, Gürcüstanın baş prokuroru vəzifəsində çalışıb, həmçinin Hökumət Administrasiyasının rəhbəri vəzifəsində fəaliyyət göstərib. Ş.Tadumadze 1998-ci ildə Tbilisi Humanitar İnstitutunu bitirərək hüquqşünas ixtisası alıb. 2006-cı ildə ümumi ixtisas üzrə vəkillik imtahanından keçib. 2006-2007-ci illərdə Tbilisi Siyasi Təhsil Məktəbində təhsil alıb", - məlumatda xatırladılıb.
Əlavə edilib ki, daxili işlər nazirinin yeni təyin olunmuş müavini Vaxtanq Gomelauri həm dövlət, həm də özəl sektorda uzunmüddətli iş təcrübəsinə malikdir.