05 yanvar 2025 01:10
141

"Barselona" məhkəməyə müraciət edəcək

"Barselona" La Liqanın futbolçuları Daniel Olmo və Pau Viktorla bağlı verdiyi qərarla razı deyil. 

“İki sahil” xəbər verir ki, La Liqa adıçəkilən futbolçulara lisenziya verməkdən imtina edib. Buna səbəb kimi klubun maliyyə qaydalarını pozması göstərilib. 

Kataloniya təmsilçisi isə İspaniyanın Ali İdman Şurasına (CSD) və ya arbitraj məhkəməsinə məsələ ilə bağlı müraciət edəcək. Bu barədə “Mundo Deportivo” məlumat yayıb.

“Barselona” həmin tarixə qədər qeydiyyatdan keçmiş futbolçularla maliyyə məsələlərini həll etmək üçün müddəti dekabrın 31-də başa çatan qaydada dəyişiklik etməyə çalışacaq.