05 yanvar 2025 08:43
130

Mövsümü “Betis”də davam etdirəcək

İcarə əsasında Avstriyanın “Zaltsburq” komandasında çıxış edən “Liverpul”un ispaniyalı dayaq yarımmüdafiəçisi Stefan Bayçetiç mövsümü İspaniyanın “Real Betis” komandasında davam etdirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə “Dave OCKOP” məlumat yayıb. “Stefan Bayçetiç İspaniya La Liqasının “Real Betis” komandasına icarəyə gedəcək”, – nəşr qeyd edib. Bildirilib ki, futbolçu öncə Avstriyadan Mersisayda qayıdacaq, sonra Betisə yola düşəcək. Danışıqların aparıldığını insayder Fabritsio Romano təsdiqləyib: “Real Betis” “Liverpul”dan Stefan Bayçetiçi icarəyə götürmək üçün ciddi danışıqlar aparır. Hələ tamamlanmayıb, amma irəliləyir”.

Qeyd edək ki, Bayçetiçin ötən yay icarə əsasında “qırmızı öküzlər”ə keçməsinin səbəblərindən biri də “Liverpul”un sabiq çalışdırıcısı Yürgen Kloppun köməkçisi Pep Lindersin həmin kluba baş məşqçi təyin olunması olub. Lakin niderlandlının vəzifədən kənarlaşdırılması yarımmüdafiəçinin gələcəyinə də, görünür, təsir edib.