Poli orqan çatışmazlığı səbəbindən aktyor Azər Baxşəlyevin orqanizmi yaşama qabiliyyətini itirib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetindən bildirilib. Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, aktyorun ümumi vəziyyətində geridönməz proseslər baş verib. Bu səbəbdən A.Baxşəliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə bu gün evə aparılıb.