29 sentyabr 2017 15:54
773

“Star” zavodu hər il Azərbaycana 614 milyon dollar gəlir gətirəcək

“Star” zavodu ilk 5 ildə hər il Azərbaycana 614 milyon dollar gəlir gətirəcək

SOCAR-ın 5,7 milyard dollar kapitalla Türkiyədə tikintisini həyata keçirdiyi “Star” neft emalı zavodundan ilk 5 ildə hər il Azərbaycan iqtisadiyyatına 614 milyon dollar gəlir gələcək.

Növbəti 10 il ərzində isə “Star”dan hər il 864 milyon dollar əməliyyat gəliri gələcəyi gözlənilir.

Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Tikintisi “Petkim” neft-kimya holdinqinin ərazisində həyata keçirilən “Star” neft emalı zavodunda ümumi işlərin indiyədək 93 faizi tamamlanıb. Zavodun gələn il istismara verilməsi planlaşdırılır.

SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları isə belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.