Fransanın daxili işlər və xarici ərazilər naziri Bruno Retayo hüquq-mühafizə orqanlarına terror hücumları təhlükəsi ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirməyi əmr edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.
“Terror təhlükəsinin artdığını nəzərə alaraq, kütləvi mədəniyyət, idman və ya əyləncə tədbirləri zamanı ayıq-sayıqlığın maksimum dərəcədə artırılmasını və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tapşırıram”, - agentlik nazirin sözlərindən sitat gətirib.
Retayo xatırladıb ki, Almaniya və ABŞ-də baş verən son terror aktları vəziyyətin ciddiliyini göstərir.