Amerikalı milyarder İlon Maskın "Liverpul"u almaq istəməsi barədə məlumatlar komandanın azarkeşlərini qəzəbləndirib.
“İki sahil” xəbər verir ki, bu məlumatlar sosial şəbəkələrdə "mersisaydlılar"ın fanatlarının hiddətlənməsinə səbəb olub.
İngiltərə klubunun bir çox azarkeşi xəbərə sərt reaksiya verib. Onların şərhlərindən bir neçəsini təqdim edirik: "İlon Maskın klubu almasını istəyən hər hansı bir "Liverpul" azarkeşi artıq "Liverpul" fanatı deyil. Mən inanmıram ki, İlon Maskı klubun yaxınlığında istəyən bir "Liverpul" azarkeşi olsun".
Azarkeşlərdən bəziləri isə Maskın "Liverpul"u alaraq, klubda tez bir zamanda ənənəyə uyğun olmayan dəyişikliklər etməsi ehtimalından narahatdır.
Daha əvvəl iş adamının atası Errol Mask öz açıqlamasında oğlunun "Liverpul"u almaq istədiyini bildirmişdi. Hazırda İlon Maskın sərvəti 425,2 milyard dollar qiymətləndirilir.