"Real"ın "Valensiya" ilə oyunda (1:2) qırmızı vərəqə alan futbolçusu Vinisius Juniorun cəzası müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb.
24 yaşlı hücumçu La Liqanın 12-ci turundan təxirə salınan və yanvarın 3-də keçirilən görüşün 79-cu dəqiqəsində rəqib qapıçısı Stole Dmitrievskini itələyərək yerə yıxmış və qırmızı vərəqə ilə meydandan qovulmuşdu.
İspaniya Kral Futbol Federasiyası isə Vinisiusu 2 oyunluq cəzalandırıb. Bundan əlavə, braziliyalı futbolçu 600 avro, Madrid klubu isə 700 avro məbləğində cərimələnib.
Qeyd edək ki, V.Junior 2018-ci ildən "Real"da oynayır. O, cari mövsüm bütün turnirlərdə 22 matça çıxıb, 13 qol vurub və 9 qolun ötürməsini verib.