Nigeriya millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
“İki sahil” xəbər verir ki, bu barədə Nigeriya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Komanda Erik Şellə tapşırılıb.
Məlumatda bildirilib ki, Şellin qarşısına DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmaq tapşırığı qoyub.
Qeyd edək ki, Şellin son iş yeri Əlcəzairin "Oran" klubu olub.