28 sentyabr 2017 21:49
667

ABŞ səhrasında konteyner-ev

Londonlu dizayner Ceyms Uitaker bir neçə konteynerdən ibarət yaşayış evinin layihəsini həyata keçirib.

AZƏRTAC novate.ru saytına istinadla bildirir ki, ABŞ-ın Kaliforniya ştatı ərazisindəki səhrada tikilən evin sahəsi 200 kvadratmetr təşkil edir. Ağ rəngə boyanmış konteynerlər günəş şüalarının təsirini azaltmaqla yanaşı, evin divarlarını çox qızmağa qoymur.

Sakinlərin üşüməməsi üçün xüsusi izolyasiya materialından istifadə olunub. Hər konteyner ayrıca bir otaqdır.