09 yanvar 2025 16:35
117

Levandovskinin durumu necədir?

“Barselona”nın ötən gecə İspaniya Superkubokunun yarımfinalıda "Atletik"lə oyunda zədələnən futbolçusu Robert Levandovskinin durumu müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu barədə sport.es məlumat yayıb. 36 yaşlı hücumçu 73-cü dəqiqədə ayağında ağrı hiss edib. O, əvəzlənərkən meydanı axsayaraq tərk edib.

Levandovskinin zədəsi ciddi deyil.  Qeyd olunur ki, onun İspaniya Superkubokunun finalında meydana çıxmasına heç bir maneə yoxdur.