14 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, xanəndə Mələkxanım Eyubova ilə görüş keçiriləcək.
“İki sahil” xəbər verir ki, Şamaxı səhər İncəsənət Təhsili Mərkəzində baş tutacaq görüşdə muğam sənətinin tarixi və inkişafı, milli musiqi mədəniyyətinin təbliği və tədrisi mövzularında söhbət aparılacaq.
Sənətkarın və istedadlı gənclərin ifasında müxtəlif muğam və təsniflər təqdim olunacaq.
Azərbaycan və Avstriya arasında musiqi təhsili sahəsində əməkdaşlıq müzakirə edilib
Xəzər Universiteti Dünya Məktəbində “Sən qayıdacaqsan” adlı tamaşa təqdim olundu