SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Keyfiyyətli Təhsil – Müasir Çağırışlar” adlı forum keçirilib. Tədbir Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və BANM tərəfindən təşkil olunub.
“İki sahil” xəbər verir ki, tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə və TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov çıxış edərək, təhsildə keyfiyyətin təminatının əhəmiyyəti və bu sahədə həyata keçirilən islahatlar barədə məlumat veriblər.
Məqsəd Bakı və Abşeronda yerləşən ali təhsil müəssisələrinin keyfiyyət təminatı strukturlarının əməkdaşlarını bir araya gətirərək müasir çağırışlar və perspektivlər haqqında müzakirələr aparmaqdır.
Forum TKTA-nın nümayəndələrinin təqdimatları ilə davam edib.
“S&P Global Ratings” SOCAR-ın uzunmüddətli emitent reytinqini BB səviyyəsinə yüksəldib
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
SOCAR-ın kredit reytinqi: Şəffaf maliyyə siyasəti beynəlxalq etimadı gücləndirir