PSJ-nin hücumçusu Randal Kolo Muani karyerasını İtaliyada davam etdirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
26 yaşlı hücumçu əsasında "Yuventus"a keçməyə hazırlaşır. Klublar hazırda bu müqavilənin strukturunu müzakirə edirlər.
Turin təmsilçisi fransız futbolçunun maaşını tam ödəmək istəmir. "Yuventus" və PSJ arasında danışıqlar davam edir. Transferin yaxında gerçəkləşəcəyi gözlənilir.
Qeyd edək ki, Kolo Muani bu mövsüm bütün turnirlərdə 14 oyuna çıxıb, 2 qol vurub və bir məhsuldar ötürmə verib. Hücumçunun PSJ ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək