"Real"ın futbolçusu Federiko Valverde "Barselona"ya 0:4 hesabı ilə məğlub olduqları oyundan danışıb.
“İki sahil” xəbər verir ki, o, sabah keçiriləcək İspaniya Superkubokunun "el-klassiko"sundan öncə təşkil olunan mətbuat konfransında deyib:
"0:4 hesablı məğlubiyyətə görə böyük qisas istəyimiz var. Biz o cür məğlubiyyəti gözləmirdik, ona görə də həmin günün gecəsi yatmaq çətin idi".
Qeyd edək ki, sözügedən görüş sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək