“Mançester Siti” İngiltərə kubokunun üçüncü mərhələsində “Salford Siti”ni darmadağın edərək, qələbə qazanıb.
“İki sahil” xəbər verir ki, Mançesterdəki “Etihad” stadionunda keçirilən görüş 8:0 hesabı ilə başa çatıb.
Qarşılaşmada qol vuranlar iki dəfə fərqlənən Ceremi Doku, Divin Mubama, Niko O'Rayli, penaltini dəqiq yerinə yetirən Cek Qriliş və üç qola imza atan Ceyms Makeyti olub.
“Mançester Siti”nin İngiltərə Kubokunun dördüncü mərhələsindəki rəqibləri püşkatmada sonra müəyyənləşəcək.
Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək