Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Suriya toplantısı ilə bağlı açıqlama yayıb.
“İki sahil” xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanın dəvəti ilə Ər-Riyaddakı toplantıya qatıldığını deyən Pedersen, Suriya xalqına güclü dəstək mesajını və bu kritik dövrdə Suriyadakı müvəqqəti hökumət rəsmilərinə yardım etmək istəyini alqışladığını bildirib.
Pedersen, görüşdə suriyalıların rəhbərlik etdiyi əhatəli və etibarlı bir keçidin və Suriya xalqının bu keçidi sülh yolu ilə idarə etməsi, eləcə də ölkələrini yenidən qurması üçün həqiqi beynəlxalq öhdəliyin vurğulandığını söyləyib: “BMT Suriyanı və Suriya xalqını bu tarixi fürsətdə və çətinliklərlə mübarizədə dəstəkləməyə sadiqdir”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”